Izlərin yollarda kövrəlib indi, Izlərin uzağa sürünür gedir. Ayrılıq sənin yox, izlərinindi. Özü, öz ahına bürünüb gedir. Nə deyim gecikmiş arzuya gülüm? Bəxtimiz qırılmış ayna parçası. Sevgimiz qolumda təzəcə ölüb. Çətin ki, qırx günə bitirəm yası. Ruhum qərib düşüb yad dünyalara. Məni bu dünyada saxlayan səndin. Silmirəm izini yollarımdan ki, Bəlkə o izlərlə geriyə gəldin. Toplayib apardın arzularımı, Çantanda özünün nə vardı axı? Biraz tez çıxsaydın qarşıma gülüm, Hər şey başqa cürə olardı axı… Kəsmir ayağını qapımdan yollar, Hər yolun bitəcək ünvanı sənsən. Silmirəm izini yollarımdan ki, Bəlkə o izlərlə mənə dönərsən. Bezdim artıq sənsizlikdən..Yoruldumm...Artıq dayanmağa nə səbrim, nədə ki, gücüm qalmıyıb.. Sənsizliyin agrısı ilə tükənirəm.. Nə qədər daha dəvam edəcək bu zülmət verici günlər..? Niyə məni tərk etdin? Niyə məni yarı yolda buraxdınki? Niyə həə niyəə?? Bezdim artıq bu cavablarını verə bilmədiyim suallardan.. Hər şeyi məhv etdin. Buraxdın məni getdin... Həmdə cuzi bir məsələyə görə. Heç nəyi aydınlaşdırmağa çalışmadan.. Məni dinləmədən getdin...Bir göz qırpımında çıxdın həyatımdan

Теги: sevgi acı ayrılıq

Теги других блогов: sevgi acı ayrılıq